info@amass.az +99412 424 38 92

VAZKEÇİLMƏZ DƏYƏRLƏRİMİZ

Müştərilərimiz bizim başımızın tacıdır, hər bir işçimiz anlayır ki, şirkətimizin sahibi əslində elə – Cənab Müştəridir.
Etibarlılıq, Dürüstlük, Prinsipiallıq, Keyfiyyət və güvən hər birimiz üçün əsas göstərici və başlıca meyardır.
Şirkətimizn hər bir işçisinin önü açıqdır, onun inkişafı, karyera yüksəlişinin qərarvericisi o özüdür.
Şirkətimizdə demokratik mühit hakimdir, işçilərimiz təzyiq altında işləmir, cərimələr tətbiq olunmur, elə bu səbəbdəndir ki, hər bir işçimiz yeri gələndə gecə – gündüz çalışaraq, potensialının artıqlaması ilə istifadə etməyə hazırdır.
Hamı tərəfindən qəbul edilmiş dəyərlərimizə əsasən – şirkətin 1 manat və ya 1 mln manatına, əmlakına göz dikmək, əyri baxmaq eyni dərəcəlidir. Əlindən qızıl tökülən olsa belə, aramızda belələrinə yer olmur.
Şirkətimizdə Şəxslərin Xasiyyəti Rol Oynamır. Hər Kəs AMASS-ın Korporativ Xasiyyətinə uyğunlaşır.
Hər bir işçimiz bilir ki, onun fəaliyyəti və yaradıcılığı sərbəstdir, eyni zamanda nəzarət və diqqət mərkəzindədir, hər bir dəyər qatqısı yüksək qiymətləndirilir.
Biz hər birimiz inanırıq ki, öz üzərində çalışmayan, özünü inkişaf etdirməyən, hər gün eyni işləri təkrar edən işçi şirkətimizi geri salır.
Bizim şirkətdə hər bir işçi anlayır ki, Şirkətin zamanına girmək, boşuna vaxt keçirmək, işə gecikmək, işdən tez çıxmaq olmaz. Bunlar baş verirsə demək ki, ciddi əsaslar var və bu əsaslar barədə üst rəhbərinə məlumat verilmişdir ki, o da öz işini planlaya bilsin.
Şirkətimizdə qəbul edilmiş qaydalara görə əməkdaşlar arasındakı ciddi münasibətlər, dostluq, yoldaşlıq, evlilik və s. stimullaşdırılır, qeyri ciddi, və qeyri etik ,kobud münasibətlər isə birmənalı pislənir və kəskin şəkildə rədd edilir. Bu məsələdə iş performansına görə ən yüksək göstəriciləri olan işçi belə bağışlanmır.
Şirkətimizdə qəbul edilmiş qaydalara görə, əməkdaşlarımızın şəxsi həyatına və problemlərinə hörmətlə yanaşılır, ailələrində olan sevincli və kədərli anlar birgə yaşanır.