AMASS şirkətinin sosial yönümlü layihələrindən biri də -“Uşaqlar bizim gələcəyimizdir” şərti adı altında uğurla həyata keçirdiyi aksiyadır. Bu ideya əslində bir uşaq müəssisəsi müdiriyyətinin şəxsi təşəbbüsü və uşaqlara olan sevgisindən öz qaynağını almış, həmin obyektin ən minimal qiymətlərlə qapı pəncərələrinin dəyişdirilməsi ilə start götürmüşdür.
Şirkət rəhbərliyi bundan sonra qərara almışdır ki, hər il minimum bir uşaq müəsisiəsinə, bağça məktəb, məscid və sair obyektlərə müraciətlər əsasında xeyriyyəçilik proqramları icra etsin. Müsəsisənin imkanları daxilində gerçəkləşdirilən bu fəaliyyətimiz ictimaiyyt tərəfindən yüksək rəğbətlə qarşılanmışdır. Fəaliyyətimizin bu istiqamətinin içimizdən gələn hisslərlə tənzimlənməsinə və əslində reklam xarakterli olmamasına baxmayaraq, öz təbii axarı ilə işlərimizin artımına gətirib çıxarmışdır.
Şirkət hər zaman müxtəlif istiqamətlərdə sosial layihələrin icrasına, dövlətimizin gördüyü çoxşaxəli işlərdə qeyri hökümət təşkilatı olaraq öz töhfəsini verməyə çalışır və gələcək fəaliyyətimizdə də bu istiqamətdə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.